ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı qərar üçün vaxt qoyub
ABŞ Vaşinqtonun Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətləri məsələsinin həlli üçün Kiyevə bir neçə gün vaxt ayırıb.
Crossmedia.az Politico nəşrinə istinadən xəbər verir ki əlumata görə, müzakirə olunan zəmanətlər mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər mexanizmləri nəzərdə tutur və ABŞ üçün həm hərbi, həm də hüquqi öhdəliklər yarada bilər.
Bildirilir ki, bu zəmanətlər Konqres tərəfindən təsdiqlənə və Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da qüvvədə qala bilər.
Politico yazır ki, Vaşinqton Ukraynanın Milad bayramına qədər razılığa gəlməsini gözləyir. Əks halda, vəziyyətin daha da ağırlaşa biləcəyi və ABŞ-ın mövcud təhlükəsizlik təminatlarının qüvvədən düşəcəyi istisna olunmur.
19:23 16.12.2025
Oxunuş sayı: 976