Britaniya kəşfiyyatı: 800 minlik ordu Ukraynanı iqtisadi cəhətdən çökdürə bilər
Britaniya kəşfiyyatının qiymətləndirməsinə görə, Ukrayna nə dinc dövrdə, nə də müharibə şəraitində 800 min nəfərlik ordu saxlamaq imkanına malikdir.
Crossmedia.az The Guardian qəzetinə istinadən xəbər verir ki, məlumata görə, bu ölçüdə ordunun saxlanılması üçün Ukraynanın illik azı 60 milyard dollar hərbi xərclərə ehtiyacı var ki, bu da ölkə iqtisadiyyatı üçün son dərəcə ağır yük hesab olunur.
Analitiklər bildirirlər ki, 800 minlik ordu ideyası real deyil və Ukraynanın iqtisadi dayanıqlığını ciddi şəkildə zəiflədə bilər.
Müqayisə üçün qeyd olunur ki, iqtisadiyyatı Ukraynadan təxminən 10 dəfə böyük olan Almaniyanın ordusu cəmi 180 min nəfərdir. Bu fakt da Ukrayna üçün belə böyük hərbi qüvvənin saxlanmasının qeyri-mümkünlüyünü göstərir.
19:17 16.12.2025
Oxunuş sayı: 958