Stubb: Ukraynada sülh ərazi güzəştlərindən asılı ola bilər
Ukraynada sülh yolu ilə nizamlanmanın gələcəyi Kiyevin ABŞ-dan təhlükəsizlik təminatları qarşılığında ərazi güzəştlərinə hazır olub-olmamasından asılıdır. Bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb müsahibəsində bildirib.
Crossmedia.az bu barədə Stubb Ilta Sanomat qəzetinə istinadən xəbər verir.
Stubbun sözlərinə görə, prosesin əsas məğzi məhz bu məsələyə dayanır. O qeyd edib ki, Berlin danışıqlarının başa çatmasından sonra Avropa liderləri hazırda müzakirə üçün dörd-beş sənədi nəzərdən keçirirlər.
Günel Verdiyeva
18:52 16.12.2025
Oxunuş sayı: 1094