Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar gəmiçilik təhlükəsizliyinə ciddi təhdiddir
Qara dənizdə son vaxtlar ticarət gəmilərinə edilən hücumlar regionda gəmiçiliyin təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xaricdə akkreditə olunmuş səfirlərlə görüşündə bildirib.
Crossmedia.az TRT Haber-ə istinadən xəbər verir. Ərdoğan vurğulayıb ki, son günlər ticarət və mülki gəmilərə qarşı həyata keçirilən hücumlar Qara dənizdə naviqasiya təhlükəsizliyini risk altına salır və heç bir tərəfə fayda vermir. Onun sözlərinə görə, Türkiyə bu məsələ ilə bağlı Ukraynadakı münaqişənin hər iki tərəfinə açıq şəkildə xəbərdarlıq edib.
Türkiyə prezidenti həmçinin bildirib ki, Ankara boğazlar zonasındakı gəmiçilik rejimini tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə əməl edir:
“Biz Montrö Konvensiyasına dəqiq riayət etməklə müharibənin Qara dənizə yayılmasının qarşısını alırıq”.
Ərdoğan qeyd edib ki, Türkiyənin əsas məqsədi regionda sabitliyin və dənizdə təhlükəsizliyin qorunmasıdır.
Sevinc Yarməmmədova
18:35 16.12.2025
Oxunuş sayı: 1228