Ermənistan: TRIPP layihəsi ABŞ ilə müzakirə olunur
Ermənistan Milli Assambleyasının Xarici əlaqələr komissiyasının sədri Sarqis Xandanyan bildirib ki, TRIPP təşəbbüsü ikitərəfli layihədir və danışıqlar hazırda yalnız Ermənistan Respublikası ilə ABŞ arasında aparılır. Bu barədə o, brifinqdə açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Xandanyanın sözlərinə görə, layihəyə digər tərəflərin cəlb olunması məsələsi daha sonra müzakirə oluna bilər. O vurğulayıb ki, bu, yalnız tərəflərin razılığı və konsensus əsasında mümkündür. "Vaşinqton Bəyannaməsində də məhz bu prinsip əksini tapıb", – deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin Moskvanın "Tramp marşrutu" təşəbbüsü ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa və Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazır olduğunu bəyan etmişdi.
Nigar Yahyazadə
17:30 16.12.2025
Oxunuş sayı: 1162