Ukrayna Ali Radasında deputatlar arasında dava yaşanıb
Ukrayna Ali Radasının plenar iclası zamanı deputatlar Maryana Bezuhla ilə Sergey Taruta arasında əlbəyaxa münaqişə baş verib. Hadisə parlament tribunasının blokdan çıxarılmasına cəhd edilərkən yaşanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Maryana Bezuhla iclas başlamazdan əvvəl tribunanı bloklayaraq Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin istefasını tələb edib. O bildirib ki, mübahisə Sergey Taruta və “Batkivşçina” fraksiyasından olan deputatların hərbi islahatlar və xidmət müddətləri ilə bağlı plakatları cırmasından sonra alovlanıb.
Münaqişə səbəbindən iclasda qısa müddətli gərginlik yaranıb, lakin vəziyyət digər deputatların müdaxiləsi ilə nəzarət altına alınıb. Hadisə parlamentdə hərbi islahatlar ətrafında gedən müzakirələrin nə qədər kəskin olduğunu bir daha göstərib.
Sevinc Yarməmmədova
16:40 16.12.2025
Oxunuş sayı: 1181