Gürcüstandan 43 əcnəbi deportasiya olunub
Gürcüstan son günlər miqrasiya qanunvericiliyini pozaraq ölkədə yaşayan 43 əcnəbini deportasiya edib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Deportasiya olunanlar Azərbaycan, Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya vətəndaşlarıdır.
Qeyd olunub ki, ilin əvvəlindən bu günədək Gürcüstandan ümumilikdə 1200 qanunsuz miqrant çıxarılıb ki, bu da son illərin göstəricilərini üstələyir.
Xatırladaq ki, qanunsuz miqrasiya ilə mübarizəni gücləndirmək məqsədilə miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minib. Dəyişikliklərə əsasən, ölkədə qalma müddətini aşan əcnəbilər 1000–3000 lari (təxminən 630–1890 AZN) məbləğində cərimələnir və onların Gürcüstana girişi qadağan olunur.
16:26 16.12.2025
Oxunuş sayı: 1258