Podmoskovyada məktəb qətliamı: 4-cü sinif şagirdi ölüb, hadisənin ideoloji motivi açıqlanıb
Rusiyanın Moskva vilayətində- Podmoskovyada yerləşən Uspenskaya orta məktəbdə baş verən faciəli insidentdə bir şagird ölüb, daha biri isə yaralanıb. Hadisəni törədən şəxs 9-cu sinif şagirdi olub.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əvvəlcə hesab olunurdu ki, qətliam müəllimlə şəxsi konflikt səbəbindən baş verib. Lakin yeni məlumatlar göstərir ki, hadisənin əsas motivi ideoloji olub. Məlumata görə, 4-cü sinif şagirdini öldürən yeniyetmə bir ildən çox müddət ərzində açıq şəkildə anti-müsəlman və irqçi fikirlər yayır, həmçinin terror aktlarını bəraət qazandırırmış.
Jurnalistlərin araşdırmasına əsasən, Timofey K.-nin iki Telegram hesabı aşkar olunub. Onlarda o, anti-islam və radikal çatlarda yazışmalar aparıb və oyun kartları vasitəsilə məscidlərə, o cümlədən 2019-cu ildə Kraitçerçdəki Al-Nur məscidinə hücumları təsvir etdiyini qeyd edib. Yazışmalarda yeniyetmə müsəlmanları zorakılıqda suçlayır, xristianların törətdiyi terror aktlarını inkar edir və digər etnik qruplara qarşı irqçi fikirlər səsləndirirmiş.
Hadisə zamanı şagird müəllimi tapmaq üçün ibtidai siniflər korpusuna gedib, lakin müəllimi orada tapa bilməyib. Nəticədə o, məktəb mühafizəçisini yaralayıb və 4-cü sinif şagirdini öldürüb. Məlumata görə, ölü şagird tacik ailəsindən olub.
Mariya K., əvvəllər hadisənin hədəfi kimi göstərilən müəllim, tələbkar və ciddi pedaqoq kimi tanınır, şagirdlərin nailiyyətlərinə görə bir neçə dəfə mükafatlandırılıb.
Mehriban İbrahimli
16:10 16.12.2025
Oxunuş sayı: 1148