İlon Mask ilk dəfə $600 milyard sərvət həddini keçdi
Məşhur sahibkar İlon Mask ilk dəfə şəxsi sərvətinin $600 milyardı aşdığını açıqlayıb.
Crossmedia.az Forbes jurnalına istinadən bildirir ki, belə yüksək sərvət artımı əsasən Maskın SpaceX şirkətinin dəyərinin sürətlə artması ilə izah olunur. Belə ki, şirkətin bazar qiyməti avqust ayında $400 milyard səviyyəsində olarkən, dekabr ayında bu rəqəm $800 milyarda qədər yüksəlib. Bu isə Maskı dünyanın ən zəngin insanları siyahısında yeni rekord həddə çıxarıb.
15:52 16.12.2025
Oxunuş sayı: 1299