Ermənistan MN Gevorqyanın iddialarını təkzib edib
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan ehtiyatda olan polkovnik-leytenant Naira Gevorqyanın dekabrın 7–8-də Meqri hərbi hissəsinə soxulmaq cəhdinin qeydə alınması və Silahlı Qüvvələr tərəfindən dəf edilməsi ilə bağlı bəyanatını təkzib edib.
Crossmedia.az Ermənistan KİV-ə istinadən xəbər verir. Naira Gevorqyan daha əvvəl guya yuxarı komandir tərəfindən “atmamaq” əmri verildiyini iddia edib.
Torosyan bildirib ki, sözügedən şəxsin açıqlamaları təkcə dezinformasiya deyil, həm də Ermənistan Respublikasına, onun dövlət qurumlarına və ordusuna qarşı yönəlmiş növbəti uğursuz informasiya hücumu cəhdidir.
“Silahlı Qüvvələrdə, yumşaq desək, şərəfsiz xidməti ilə seçilən bir şəxsin bəyanatları yolverilməzdir. Media partnyorlarımızı bu cür uydurmaları təkrar dərc etməkdən çəkinməyə və Ermənistan ətrafında hibrid təhdidlərin yaradılmasına xidmət edən proseslərə qoşulmamağa çağırırıq”, - deyə bəyanatda qeyd olunub.
Agentlik yayılan məlumatları “hibrid təhdidlər” kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarından müvafiq cavab gözlədiklərini açıqlayıb.
Türkan Kərimli
15:21 16.12.2025
Oxunuş sayı: 990