Ukrayna üçün təhlükəsizlik zəmanətləri razılaşdırıldı
Ukrayna ətrafında davam edən təhlükəsizlik müzakirələri fonunda rəsmi Kiyev beynəlxalq tərəfdaşlarla apardığı danışıqlarda mühüm irəliləyiş əldə etdiyini açıqlayıb. Avropada keçirilən son diplomatik görüşlərdə Ukraynanın uzunmüddətli müdafiə və təhlükəsizlik təminatları məsələsi əsas mövzulardan biri olub. Bu kontekstdə Ukrayna rəhbərliyi ABŞ və Avropa ölkələri ilə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi istiqamətində konkret razılaşmaların formalaşdığını bildirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən danışıqlardan sonra bəyan edib ki, Ukrayna, ABŞ və Avropa Kiyev üçün NATO-nun 5-ci maddəsinə məna baxımından yaxın olan təhlükəsizlik zəmanətləri üzrə ilkin razılığa gəliblər.
Zelenskinin sözlərinə görə, söhbət hüquqi baxımdan məcburi qüvvəyə malik sənədlərdən gedir və bu sənədlər ABŞ Konqresində səsvermə yolu ilə təsdiqlənməlidir. O vurğulayıb ki, artıq kağız üzərində ciddi elementlər mövcuddur, lakin əsas həlledici məqam məhz Konqresin verəcəyi qərardır
Zeynəb Xuduyeva
15:13 16.12.2025
Oxunuş sayı: 1001