KİV: Ukrayna üzrə danışıqların taleyini Rusiya və Çin müəyyənləşdirir
Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların nəticəsi əsasən Rusiya və Çinin mövqeyindən asılı olacaq.
Crossmedia.az bu barədə Almaniyanın Berliner Zeitung nəşrinə istinadən xəbər verir. Məqalədə qeyd olunur ki, Qərb ölkələrinin liderləri və Ukrayna Prezidenti Vladimir Zelenski Berlində görüşərək sülh prosesi çərçivəsində öz maraqlarını ortaya qoyurlar. Lakin Çin və Rusiya danışıqlar masasında təmsil olunmasalar da, məhz onların mövqeyi bu görüşün nəticələrini böyük ölçüdə müəyyən edir.
Sözün qısası, masa Berlində qurulsa da, oyunun ritmini uzaqdan Moskva və Pekin tutur.
Sevinc Yarməmmədova
15:05 16.12.2025
Oxunuş sayı: 1021