Rusiya: Ukraynanın rus sualtı qayığını vurması xəbəri yalandır
Rusiya Qara dəniz donanması Ukraynanın Novorossiysk limanında rus sualtı qayığını vurması ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Qara dəniz donanmasının nümayəndəsi Aleksey Rulevin sözlərinə görə, Ukrayna tərəfinin insansız sualtı aparatla sabotaj cəhdi uğursuz olub. Heç bir gəmi və ya sualtı qayıq zərər görməyib, heyət normal fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti isə daha əvvəl Rusiyaya məxsus “Varşavyanka” sinifli sualtı qayığın hücuma məruz qaldığını və ciddi ziyan gördüyünü iddia edib.
Fatimə Məmmədova
13:51 16.12.2025
Oxunuş sayı: 1091