Meksikada təyyarə qəzaya uğradı: 7 nəfər ölüb
Meksikanın paytaxtı Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Meksiko Şəhəri Mülki Müdafiə Koordinatoru Adrian Hernandezin verdiyi məlumata görə, hava limanına 5 kilometr məsafədə, fövqəladə eniş etməyə çalışan təyyarə yerə çırpılıb.
Bildirilib ki, təyyarədə 8 sərnişin və 2 ekipaj üzvü olub. Hadisə yerində indiyədək 7 nəfərin cansız bədəni tapılıb.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparıldığı qeyd olunub.
Fatimə Məmmədova
09:28 16.12.2025
Oxunuş sayı: 1206