ABŞ Ukraynadan ərazi məsələsi ilə bağlı qərar gözləyir
Sky News-un Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton Ukrayna münaqişəsinin həlli çərçivəsində Kiyevin ərazi məsələləri ilə bağlı yekun qərar qəbul etməsini gözləyir.
Crossmedia.az bu barədə xarici mənbələrə istinadən xəbər verir.
Bildirilir ki, Berlində keçirilən danışıqlardan sonra ABŞ tərəfi bu məsələdə son sözün Ukraynaya aid olduğunu vurğulayıb.
Bloomberg-in məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsini öz komandası ilə müzakirə etməlidir. Qeyd olunur ki, danışıqlardan sonra ABŞ və Ukrayna nümayəndələri üç səhifəlik layihə razılaşma planı hazırlayıblar.
“The Guardian” yazır ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü Zelenski və Berlində olan bir sıra Avropa ölkələrinin liderləri ilə telefon danışığı apara bilər. Eyni zamanda danışıqlarda dondurulmuş Rusiya aktivləri və onların Ukraynanın bərpası üçün istifadə olunması imkanları da müzakirə edilib.
23:46 15.12.2025
Oxunuş sayı: 1330