Merz Rusiyaya Milad atəşkəsi təklif edib
Almaniya kansleri Fridrix Merz Milad bayramı günlərində Rusiyaya atəşkəs təklif etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Moskva 25 dekabr gecəsi atəşi dayandırarsa, bu, münaqişənin nizamlanması istiqamətində vacib addım ola bilər.
“Əgər Rusiya hakimiyyətində bir qədər insanlıq varsa, insanları bir neçə gün dinc qoya bilər. Bu, sülhün başlanğıcı ola bilər”, – deyə Merz qeyd edib.
Kansler əlavə edib ki, Avropa İttifaqı və ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verilməsi barədə razılığa gəliblər.
23:35 15.12.2025
Oxunuş sayı: 1305