Nigeriyada 18 sərnişin girov götürülüb
Nigeriyada naməlum silahlı şəxslər avtobusa hücum edərək ən azı 18 sərnişini naməlum istiqamətə aparıblar.
Crossmedia.az xarici KİV-ə istinadən istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində yerləşən Edo ştatında baş verib.
Ştat polisinin sözçüsü Eno İkoedemanın bildirdiyinə görə, silahlı şəxslər Benin və Akuru şəhərlərini birləşdirən magistral yolda pusqu quraraq avtobusa atəş açıblar. Daha sonra hücum edənlər nəqliyyat vasitəsinə yaxınlaşaraq sərnişinləri girov götürüblər.
Polis ordu bölmələri ilə birgə cinayətkarların təqibinə başlayıb. Hazırda 11 girovun azad edildiyi bildirilir.
23:20 15.12.2025
Oxunuş sayı: 1398