Tramp ABŞ-Ukrayna danışıqlarının nəticələrindən məmnundur
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrini müsbət qiymətləndirib.
Crossmedia.az Sky News-a istinadən xəbər verir ki, məlumata görə, Tramp əldə olunan irəliləyişdən məmnundur.
ABŞ nümayəndəsinin bildirdiyinə görə, görüş konstruktiv və müsbət atmosferdə keçib, tərəflər bir sıra məsələlər üzrə qarşılıqlı razılaşdırılmış mövqelərə yaxınlaşıblar.
Xəbərdə həmçinin Avropa tərəfinin danışıqlarda fəal iştirak etdiyi vurğulanır. Bildirilir ki, müzakirələr zamanı Kiyev üçün təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə olunub və bu mexanizmlər NATO Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan təminatlarla müqayisə edilə bilər.
Səriyyə Tağıyeva
22:42 15.12.2025
Oxunuş sayı: 1349