Türkiyə Müdafiə Nazirliyi: Qara dəniz üzərində PUA məhv edilib- Yenilənib
Türkiyə Müdafiə Nazirliyi Qara dəniz üzərində ölkənin hava sərhədlərinə yaxınlaşan, idarəetmədən çıxmış pilotsuz uçan aparatın (PUA) F-16 qırıcıları tərəfindən məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin məlumatına görə, insident hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilib.
Açıqlamada dronun hansı ölkəyə məxsus olduğu qeyd olunmayıb. Lakin əvvəlki oxşar hadisələr nəzərə alınaraq, pilotsuz uçan aparatın həm Rusiya, həm də Ukrayna mənşəli ola biləcəyi ehtimal edilir.
Türkiyə tərəfi hava sərhədlərinin qorunmasının prioritet olaraq qalacağını vurğulayıb.
23:37 15.12.2025
Oxunuş sayı: 1424