Yer kürəsində maqnit fırtınaları ola bilər
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun məlumatına görə, 17–18 dekabr tarixlərində Günəş partlayışlarının aktivliyinin sıfıra enəcəyi gözlənilir.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, məlumata görə bu dövrdə qeyri-adi formalı tac dəliyi Yerə təsir göstərə bilər.
Mütəxəssislər çərşənbə və ya cümə axşamı günləri pozulmuş günəş küləyi axınının planetə yaxınlaşacağını istisna etmirlər. Hazırda rəsmi maqnit fırtınası proqnozu verilməsə də, əvvəlki oxşar təsirlərin zəif – G1 səviyyəli maqnit fırtınalarına səbəb olduğu qeyd olunur.
Səriyyə Tağıyeva
22:55 15.12.2025
Oxunuş sayı: 1302