Avstraliyada hücumu dayandıran suriyalıya 1 milyon dollar ianə toplanıb
Avstraliyada yəhudilərə hücum zamanı onları xilas edən Suriya əsilli Əhməd Fateh Əl Əhmədiyə təşəkkür əlaməti olaraq Avstraliya xalqı bir gün ərzində 1,044 milyon dollar ianə toplayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, toplanan vəsaitin 130 min dolları ilk saat ərzində yığılıb.
Məlumata görə, ianələr Əhməd Fateh Əl Əhmədinin müalicəsinə, eləcə də xəstəxanadan çıxdıqdan sonra övladları üçün daha təhlükəsiz və daha yaxşı həyat şəraiti qurmasına dəstək məqsədi daşıyır.
Qeyd olunur ki, Əhmədinin hücumçuya qarşı hərəkəti itkilərin sayının azalmasına səbəb olub. İsrail hökuməti də onun göstərdiyi şücaətə görə xüsusi təşəkkür edib.
Türkan Kərimli
19:50 15.12.2025
Oxunuş sayı: 1119