Norveç Hərbi Araşdırmalar İnstitutu: Kiyevdən çıxmaq Rusiya üçün hərbi baxımdan rasional qərar idi
Norveç Hərbi Araşdırmalar İnstitutu 2022-ci ildə Rusiyanın Kiyevdən çıxmasını hərbi baxımdan doğru addım hesab edib.
Crossmedia.az İnstitutun təhlilinə istinadən xəbər verir ki, rus qoşunları Kiyevə sürətlə daxil olsa da, rabitə problemləri, komandanlıqda fikir ayrılıqları və dron sənayesinin zəifliyi səbəbindən şəhərdə qalmaq riskli idi.
Analizdə vurğulanır ki, Kiyevdən çıxmaq Rusiya komandanlığına 6 milyonluq şəhər uğrunda ağır döyüşlərdən qaçaraq cəbhəni daha sabit və proqnozlaşdırılan vəziyyətə gətirməyə imkan verib. Müharibənin gedişində dron texnologiyalarının artımı bütün orduların taktikasını dəyişib, sürətli irəliləmə tempinə son qoyulmasını zəruri edib.
Baxmayaraq ki, Kiyevin itirilməsi Rusiyanın siyasi imicinə zərbə vurub, hərbi baxımdan isə böyük qazanc hesab olunur. General Surovokinin müdafiəyə çəkilmək və Ukrayna elit qüvvələrini hücuma cəlb etmək strategiyası da məntiqli addım kimi qiymətləndirilib.
19:32 15.12.2025
Oxunuş sayı: 1128