Avropa Birliyi (AB) Ukraynaya sadəcə kağız üzərində vədlər deyil, real təhlükəsizlik zəmanətləri təqdim etməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bunu Estoniya baş naziri Kaya Kallas bildirib.
Kallasın sözlərinə görə, AB xarici işlər nazirləri bazar ertəsi günü Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcək. O, Ukraynanın avrobondlar vasitəsilə maliyyələşdirilə bilməyəcəyini və Brüssel üçün yeganə seçim olaraq Rusiya aktivlərinin müsadirə edilməsinin qaldığını vurğulayıb.
Baş nazir qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə mövzusu deyil, buna görə də AB-nin ölkəyə təmin edəcəyi zəmanətlər real hərbi mövcudluq, qoşun və imkanları əhatə etməlidir.
Kallas əlavə edib ki, Donbasın ələ keçirilməsi Putinin son məqsədi olmayacaq və əgər Ukrayna süqut edərsə, digər bölgələr də təhlükə altında qalacaq. Tarixdən çıxarılan dərslərə əsaslanaraq, AB-nin Ukraynaya güclü dəstək verməsi zəruridir.