İlon Mask Yer üzündə termonüvə reaktorları ideyasını tənqid edib
Amerikalı milyarder, "Tesla" şirkətinin sahibi İlon Mask Yer kürəsində termonüvə reaktorlarının qurulması ideyasını “super lal” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Mask bu fikri X sosial şəbəkəsində paylaşımında səsləndirib.
Onun sözlərinə görə, bu cür layihələr Günəşin verdiyi enerji ilə müqayisədə mənasızdır. “Dörd Yupiteri yandırsanız belə, Günəş hələ də Günəş sistemində istehsal olunan bütün gücün 100 faizini təmin edəcək”, - deyə İlon Mask qeyd edib.
Mask vurğulayıb ki, bəşəriyyət üçün ən səmərəli və güclü enerji mənbəyi hələ də Günəş olaraq qalır və süni şəkildə onu təkrarlamağa çalışmaq real fayda vermir.
Türkan Kərimli
18:55 15.12.2025
Oxunuş sayı: 944