İran yenidən Fars körfəzindəki adalarla bağlı açıqlamanı rədd etdi
Bu gün İran Xarici İşlər Nazirliyi Çinin xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinin yekununda Fars körfəzindəki adalarla bağlı səsləndirdiyi fikirləri rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib ki, BƏƏ-nin İrana qarşı “ərazi iddiaları” irəli sürmək üçün müxtəlif diplomatik fürsətlərdən istifadə etməsi təəssüf doğurur. O, Çin XİN başçısının səfəri zamanı yayılan yekun bəyanatda Əbu Musa, Kiçik Tomb və Böyük Tomb adaları ilə bağlı mövqenin təkrarlanmasını pisləyib.
Bəqayi vurğulayıb ki, “sözügedən adalar İranın ərazi bütövlüyünün ayrılmaz hissəsidir və onlara dair hər hansı iddia ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və mehriban qonşuluq prinsiplərinə ziddir”.
18:30 15.12.2025
Oxunuş sayı: 877