Hizbullahın Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiəddin İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb. Görüş zamanı bölgədəki və dünyadakı siyasi-təhlükəsizlik prosesləri müzakirə olunub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Səfiəddin bildirib ki, “Hizbullah hazırda daha güclüdür, Livanın ərazi bütövlüyünü və xalqını müdafiə etməyə tam hazırdır və silahını yerə qoymayacaq”.
Vilayəti isə təşkilatın strateji rolunu vurğulayaraq, İranın Xameneyinin rəhbərliyi ilə Hizbullahı müqavimət cəbhəsinin önündə dəstəkləməyə davam edəcəyini bildirib.
Nəzrin Abbas