Keçmiş İran səfirinin oğlunun Sidneydəki yəhudilərə qarşı paylaşımı üzə çıxdı
İranın Avstraliyadakı keçmiş səfiri Mohsen Qədiri Əbyanenin oğlu Əhməd Qədiri Əbyane Sidneydə yəhudi yığıncağına hücumdan bir neçə saat əvvəl antisemit bir yazı dərc edərək, Hanukka bayramını "mason dairələrinin şeytani ritualları üçün platforma" kimi təsvir edib və bunlardan "müdafiə" olunmağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, özünün sosial media hesabında yazıb: "Sabahdan etibarən 8 gün yəhudilərin Hanukka bayramı mason dairələri tərəfindən şeytani ayinlərin keçirilməsi üçün bir platforma olaraq başlayacaq, bunun fərdi, ailəvi və sosial zərərli təsirləri inanc əsaslı icmalarda özünü göstərəcək.
Bu günlərdə inqilab rəhbərinin (Xameneyi nəzərdə tutulur) vurğuladığı surə və dualar vasitəsilə mənəvi müdafiə əlavə bir zərurətdir".
17:49 15.12.2025
Oxunuş sayı: 1009