İran XİN ABŞ-ni ittiham etdi: Çevriliş siyasəti beynəlxalq hüquqa ziddir
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Venesuela ilə bağlı ABŞ-nin mövqeyini sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, mətbuat konfransında qeyd edib ki, Venesuela müstəqil bir dövlət olaraq öz xarici siyasətini müəyyən etməli və qarşılıqlı hörmət əsasında ölkələrlə əlaqələr qurmalıdır.
Beqayi, ABŞ-nin Latın Amerikasında çevrilişlər edərək milli hökumətləri devirmək cəhdlərini “misli görünməmiş” adlandırıb və belə müdaxilələrin beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu vurğulayıb.
17:38 15.12.2025
Oxunuş sayı: 931