Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Haaqada Niderlandın Baş naziri Dik Şof və Niderland Kralı Villem-Aleksandr ilə görüşəcək.
Crossmedia.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Agentliiyin məlumatına görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və Ukraynadakı mövcud vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, Niderland hökuməti 2025-ci ilin birinci rübündə Ukraynaya əlavə 700 milyon avro həcmində hərbi yardım ayıracağını açıqlayıb. Bundan əvvəl Kiyevə vəd edilən 3,5 milyard avroluq dəstəyin böyük hissəsinin artıq istifadə edildiyi bildirilib.
Nəzrin Abbas