Aİ Rusiyanın gizli donanması və agentlərinə sanksiya qoyur
Fransa Xarici İşlər Naziri Fransua Barro Rusiyaya qarşı Avropa İttifaqının yeni sanksiya tədbirləri barədə ətraflı məlumat verib. O, bu bəyanatı 15 dekabr tarixində Aİ Xarici İşlər Şurasının iclasından öncə açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, yeni məhdudiyyətlər Aİ tərəfindən Rusiya “gizli donanması” fəaliyyəti və Avropada vəziyyəti destabilizasiya etməkdə ittiham olunan qurumlar və fiziki şəxsləri əhatə edəcək.
Barro bildirib ki, sanksiyalara, Aİ-nin qiymətləndirməsinə görə, mövcud məhdudiyyətləri atlayan və Rusiya “gizli donanması”na dəstək verən doqquz şirkət daxildir. Buraya “Lukoyl” və “Rosneft” ilə əməkdaşlıq edən gəmiçilik şirkətləri daxildir.
Bundan əlavə, Avropa İttifaqı Avropada Rusiya tərəfindən destabilizasiya fəaliyyəti aparan 12 şəxsin də sanksiyalara məruz qalmasını planlaşdırır. Onlar xarici müdaxilə və ya rəqəmsal xarici müdaxilələrlə əlaqədar olduğu iddia olunur.
Xüsusilə, sanksiyaların Fransız-Rus mənşəli, Rusiyada yaşayan və Aİ-nin məlumatına görə Kreml tərəfdarı təbliğat aparan Ksavye Moroya, həmçinin Storm 1516 dezinformasiya kampaniyası ilə bağlı olduğu qeyd edilən Con Mark Duqana tətbiq edilməsi nəzərdə tutulur.
Pərvin Hacıyeva
15:38 15.12.2025
Oxunuş sayı: 936