Kadırov Gürcüstana yol layihəsi ilə bağlı narazılığını bildirdi
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, İtüm-Kali – Şatili avtomobil yolunun Gürcüstan ərazisindən keçməklə tikintisi planlaşdırıldığı kimi irəliləməyib. Kadırovun sözlərinə görə, Tbilisi tərəfi bu layihəyə maraq göstərmir və yolun çəkilməsi ilə bağlı əməkdaşlığa hazır deyil.
Crossmedia.az xəbər verir ki,bu layihə 1997-ci ildən müzakirə olunur və uzun illər ərzində tərəflər arasında fikir mübadiləsi aparılıb. Lakin Gürcüstan hələ də Çeçenistanı avtomobil yolu ilə birləşdirməyi nəzərdə tutmur.
Məsələ ilə bağlı Kadırovun çıxışları regionda nəqliyyat və iqtisadi əməkdaşlıq imkanlarının hələ də tam reallaşmadığını göstərir. Analitiklər bildirirlər ki, yolun tikintisinin dayandırılması həm iqtisadi əlaqələrə, həm də turizm imkanlarına təsir edə bilər.
Beynəlxalq müşahidəçilər isə hesab edirlər ki, layihənin gerçəkləşdirilməməsi iki ölkə arasında strateji əlaqələrin inkişafına mane olur və regionda nəqliyyat infrastrukturunun genişləndirilməsini ləngidir.
Nastya Qəniyeva
15:10 15.12.2025
Oxunuş sayı: 839