Rusiya Qarabağ mövzusunda humanitar layihələrin müddətini 2026-cı ilə qədər uzadıb
Rusiyanın “Rossotrudnichestvo” agentliyi Avrasiya İnkişaf Mərkəzi (ANO “Eurasia”) və Rusiya Humanitar Missiyası ilə birgə Qarabağı könüllü tərk etmiş şəxslərə dəstək layihəsini ən azı 2026-cı ilədək uzadıb. Rəsmi açıqlamada bunun səbəbi “müraciətlərin davamlı axını” göstərilsə də, ekspertlər bunu Rusiyanın Qarabağ mövzusunda humanitar fəaliyyətini davam etdirməsi kimi şərh edirlər.
Crossmedia.az xəbər verir ki, layihənin ilkin olaraq uzunmüddətli nəzərdə tutulduğunu bildirən “Rossotrudnichestvo”nun müavini İqor Çayka, məqsədin “Rusiya sizin yanınızdadır” mesajını göstərmək olduğunu vurğulayıb.
Eyni zamanda Ermənistandakı hökumət mənbələri bildirir ki, layihə çərçivəsində könüllü olaraq Qarabağı tərk edən şəxslərdən pasport, doğum haqqında şəhadətnamə və digər sənədlərin skanları tələb olunur. Məlumatların toplanması isə humanitar yardım adı ilə həyata keçirilir.
Nastya Qəniyeva
14:41 15.12.2025
Oxunuş sayı: 1170