Yeni taxıl partiyaları tranzitlə Ermənistana çatdırılacaq
Yaxın vaxtlarda yeni taxıl partiyalarının Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdırılması nəzərdə tutulur. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
Crossmedia.az xəbər verir ki,nazirin sözlərinə görə, yüklər artıq yoldadır. Taxılın mənşə ölkələri, həcmi və çatdırılma müddətləri ilə bağlı ətraflı məlumat, yüklər Ermənistana çatdıqdan sonra açıqlanacaq.
Gevorq Papoyan həmçinin bildirib ki, Azərbaycandan neft məhsullarının mümkün tədarükü məsələsi yalnız faktiki çatdırılma baş verdikdən sonra təsdiqlənə bilər.
Nastya Qəniyeva
14:20 15.12.2025
Oxunuş sayı: 990