Tailandın baş naziri: Təhlükəsizlik təmin olunana qədər hərbi əməliyyatlar davam edəcək
Tailandın baş naziri Anutin Çanvirakun ölkəsinin təhlükəsizliyi tam təmin olunana qədər hərbi əməliyyatların davam etdiriləcəyini bildirib. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Tailand torpağına və əhalisinə yönələn təhlükə aradan qalxmayınca hərbi fəaliyyətlərin dayandırılmayacağını qeyd edib.
Qeyd edək ki, şənbə günü Tailand və Kamboca sərhədinin müxtəlif nöqtələrində yenidən silahlı toqquşmalar baş verib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tayland və Kamboca liderlərinin 24 saat ərzində döyüşləri dayandırmaq və sülh razılaşmalarının icrasına qayıtmaq barədə razılığa gəldiklərini açıqlamışdı.
Nigar Yahyazadə
15:03 13.12.2025
Oxunuş sayı: 1151