Ukrayna üçün həlledici Berlin görüşü gözlənilir
Bu həftə sonu ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vittkoff Berlində Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Mertz ilə görüşəcək.
Crossmedia.az bu barədə The Wall Street Journal-a istinadən xəbər verir.
Bu görüş çox vacibdir, çünki Ağ Ev ilin sonuna qədər müharibəyə son qoymaq üçün razılığa gəlməyə çalışır. ABŞ prezidenti Donald Tramp əvvəllər yalnız sülh danışıqlarında kifayət qədər irəliləyiş əldə edildiyini düşündüyü təqdirdə görüşə rəsmi nümayəndə göndərəcəyini bildirmişdi.
ABŞ ilin sonuna qədər Ukraynada nəticə əldə etmək üçün hər şey edəcək. Makron, Merz, Starmer Trampla birbaşa görüşə nail olmaq istəyiblər.
Lakin son telefon danışığı gərgin keçib. Tramp nəticə olmadan onlarla görüşməyəcəyini qeyd edib. Tramp Avropa liderlərindən Zelinskiyə təzyiq etmələrini tələb edib.
14:05 13.12.2025
Oxunuş sayı: 1378