İran 6 ildən sonra ilk dəfə benzin qiymətlərini artırıb
İranda yeni benzin qiymət sistemi qüvvəyə minib və 2019-cu ildən bəri ilk dəfə yanacaq bahalaşıb.
Crossmedia.az bu barədə ISNA-ya istinadən xəbər verir.
Qərar iqtisadi sanksiyalar, yüksək inflyasiya və rialın dəyərdən düşməsi fonunda qəbul edilib.
Yeni qaydalara görə, sürücülər aylıq 60 litr subsidiyalı benzini litri təxminən 0,36 dollara ala biləcəklər. Növbəti 100 litr üçün qiymət 0,71 dollara yüksəlir, bu həddi aşan yanacaq isə litri 1,19 dollara satılacaq. Kvotadan artıq istehlak üçün qiymət 5 min toman müəyyən edilib.
Hökumət onlayn platformalarda fəaliyyət göstərən nəqliyyat vasitələri üçün aylıq 200 litr benzin və 95 litr ikili yanacaq limiti tətbiq edib. Sıfır emissiyalı yerli nəqliyyat vasitələri isə yalnız dəyəri 1 milyard tomandan az olduqda kvotaya tabe olacaq.
Xatırladaq ki, 2019-cu ildə qiymət artımı kütləvi etirazlara səbəb olmuş, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 300-dən çox insan həlak olmuşdu.
14:34 13.12.2025
Oxunuş sayı: 1213