Tramp administrasiyası Ukraynaya təhlükəsizlik zəmanətləri vəd edir
ABŞ-nin prezidenti Donald Trampın administrasiyası Ukraynanın Donbas bölgəsindən çıxacağı təqdirdə ona NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri verməyə hazırdır.
Bu barədə Crossmedia.az Axios-a istinadən xəbər verir.
Məlumata görə, sözügedən zəmanətlər Ukraynanın təhlükəsizliyinin kollektiv şəkildə qorunmasını nəzərdə tutur və NATO üzvü ölkələrə qarşı hücum zamanı tətbiq edilən mexanizmlərə bənzər ola bilər. Təklifin əsas şərti Ukraynanın Donbasdan geri çəkilməsi kimi təqdim olunur.
Türkanə Məşədiyeva
13:22 13.12.2025
Oxunuş sayı: 1246