Yapon qırıcıları Çin aviadaşıyıcı qrupuna hücum təlimi keçirib
Yaponiyanın Hərbi Hava Qüvvələrinə məxsus çoxsaylı F-2 qırıcıları havaya qalxaraq Çin aviadaşıyıcı qrupuna qarşı hücum təlimi həyata keçirib. Təlimlər Çin-Yaponiya münasibətlərindəki gərgin fonunda baş tutub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hər biri dörd ədəd ASM-2 tipli gəmi əleyhinə raketlərlə silahlanmış F-2 qırıcıları Çin donanmasının “Lyaonin” aviadaşıyıcısını hədəf alan simulyasiya edilmiş hücum ssenarisini icra ediblər.
F-2 qırıcısı ABŞ istehsalı olan F-16 təyyarəsinin Yaponiyaya uyğunlaşdırılmış versiyasıdır və dəniz əməliyyatları üçün modifikasiya olunub. Mitsubishi şirkəti tərəfindən istehsal olunan ASM-2 raketləri 170 km uçuş məsafəsinə, 530 kq çəkiyə malikdir və turbojet mühərriklərlə təchiz olunub.
Rəsmi olaraq bu raketlərin silahlanmaya daxil edildiyi elan olunmasa da, Yapon şirkətləri F-2 təyyarələri üçün səsdən sürətli gəmi əleyhinə raketlər üzərində işləyir və artıq sınaq atışları uğurla həyata keçirilib.
Günel Verdiyeva
13:00 13.12.2025
Oxunuş sayı: 1344