Ermənistanda hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır
Ermənistan Müdafiə Nazirliyi açıqlayıb ki, 12 dekabr tarixində saat 16:00 radələrində hərbi qulluqçu Smbat Kirakosyan odlu silah yarası nəticəsində həyatını itirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin başvermə səbəblərinin tam müəyyən edilməsi üçün genişmiqyaslı istintaq aparılır. Hərbi və hüquq-mühafizə orqanları faktları araşdırır, şahidlərin ifadələri toplanır və mümkün bütün sübutlar təhlil edilir. Nazirlik vətəndaşlardan hadisə ilə bağlı söz-söhbətlərdən çəkinməyi xahiş edib və istintaqın şəffaf şəkildə aparılacağını vurğulayıb.
Nigar Yahyazadə
11:37 13.12.2025
Oxunuş sayı: 1132