Əkrəm İmamoğlu ilə bağlı məhkəmə prossesi 12,5 il davam edə bilər
Türkiyədəki İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu ilə bağlı məhkəmə prosesinin uzun illər çəkə biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Cumhuriyet qəzeti məlumat yayıb.
Məlumata görə, iş üzrə ümumilikdə 105 nəfər təqsirləndirilən şəxs, 400-dən çox şahid mövcuddur. Məhkəmə prosesinin təxminən 4 min 600 gün davam edəcəyi ehtimal olunur ki, bu da 12,5 ilə bərabərdir.
İttiham aktına əsasən, Əkrəm İmamoğlu cinayətkar qrup yaratmaq, rüşvət alma, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması, dövlət qurumlarına qarşı dələduzluq, eləcə də bir sıra digər hüquq pozuntularında ittiham olunur.
Fatimə Məmmədova
11:50 13.12.2025
Oxunuş sayı: 1074