Zaxarova: Biz ən qədim peşə sahiblərinin nümayəndələriyik
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Dzen – Söz adamları" mükafatı mərasimində çıxışı zamanı diplomatiya ilə bağlı maraqlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, jurnalistlər arasında məşhur olan bir zarafata istinad edərək özünü "ən qədim peşənin nümayəndəsi" adlandırıb.
Zaxarovanın sözlərinə görə, bu fikir Rusiya XİN rəhbəri Sergey Lavrova məxsusdur. "Biz diplomatlar ən qədim peşə adına iddia edirik. Çünki Sergey Lavrovun dediyi kimi, sizin düşündüyünüz o şey üçün belə danışıqlar aparmağı bacarmaq lazımdır”, – deyə Zaxarova zarafatla qeyd edib.
Nigar Yahyazadə
11:15 13.12.2025
Oxunuş sayı: 1124