Ukrayna Severeskinin ələ keçirilməsi xəbərini təkzib edir
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Severeskin şəhərini ələ keçirməsi barədə yayılan məlumatları rədd edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 11-ci ordu korpusunun sözçüsü Dmitri Zaporojets bildirib ki, “Rusiyanın Severeskin ələ keçirməsi barədə bəyanatlar həqiqətə uyğun deyil. Şəhər uğrunda döyüşlər davam edir və əsas məqsədimiz yaşayış məntəqəsində şəxsi heyətin toplanmasının qarşısını almaqdır”.
O həmçinin qeyd edib ki, yalnız Rusiyanın Severeskinin cənub və şimal kənarlarına daxil olduğu təsdiqlənib.
Nəzrin Abbas
10:50 13.12.2025
Oxunuş sayı: 1118