Tokayev MTK-nın səlahiyyətlərini genişləndirən fərman imzaladı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin (MTK) funksiyalarını və səlahiyyətlərini genişləndirən fərman imzalayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Fərmana əsasən, bəzi müddəalar 9 dekabr tarixindən qüvvəyə minib, maddi ehtiyatların idarə olunması ilə bağlı dəyişikliklər isə 2027-ci ilin yanvarında tətbiq ediləcək. Sənəd MTK-nın iqtisadi və terror təhdidlərinin qarşısının alınmasındakı rolunu gücləndirməyi nəzərdə tutur.
Yeni qaydalara görə, səlahiyyətli qurumların tələbi ilə təhlükəsizlik xidməti çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə məqsədilə informasiya sistemlərindən məlumatlar təqdim edəcək.
Nəzrin Abbas
10:15 13.12.2025
Oxunuş sayı: 1338