Ukrayna Donbasda silahsızlaşdırılmış zona ilə razılaşmağa hazırdır
Ukrayna Donbasda cəbhə xəttinin hər iki tərəfində qoşunların çıxarılmasını nəzərdə tutan silahsızlaşdırılmış zona ilə razılaşmağa hazır olduğunu açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Bildirilir ki, bu güzəşt prezident Zelenski tərəfindən yenidən işlənmiş ABŞ-nin “sülh planına” daxildir və çərşənbə axşamı ABŞ prezidenti Donald Trampa təqdim olunub.
Razılaşmaya görə, silahsızlaşdırılmış zona cəbhə xəttində hər iki tərəfin qoşunlarını çıxarmasını və gərginliyin azaldılmasını təmin etməlidir. Mənbələr qeyd edir ki, bu addım Ukrayna və beynəlxalq tərəfdaşların münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərinin bir hissəsidir.
20:47 12.12.2025
Oxunuş sayı: 1169