İran və İraq prezidentləri regional əməkdaşlığı müzakirə ediblər
İran prezidenti Məsud Pezeşkian və İraq prezidenti Əbdüllətif Rəşid Aşqabadda Beynəlxalq Sülh və Etimad Forumu çərçivəsində görüşərək iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığı müzakirə ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Görüşdə Bəsrə-Şələmçə dəmir yolu layihəsinin tamamlanması Tehran-Bağdad münasibətlərinin genişləndirilməsi üçün prioritet olduğu vurğulanıb. Pezeşkian sərhəd bölgələrindəki əyalət başçılarına qarşılıqlı ticarəti artırmaq üçün əlavə səlahiyyətlərin verildiyini qeyd edib.
İraq prezidenti Rəşid isə İranı ölkənin “ən vacib qonşusu” adlandıraraq, iki ölkənin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu bildirib. O, Tehrana qarşı maneələri Bağdada qarşı düşmənçilik kimi qəbul etdiklərini vurğulayıb və nümayəndə heyətlərinin səfərlərinin artırılmasının zəruriliyini qeyd edib.
20:41 12.12.2025
Oxunuş sayı: 935