Donald Trampın planı Ukraynanın 2027-də Aİ-yə qəbulunu nəzərdə tutur
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sülh planının son variantında Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına qəbul edilməsi xüsusi maddə kimi yer alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nəşrin məlumatına görə, sənədlə tanış mənbələr bu müddəanın razılaşdırılmış planın əsas elementlərindən biri olduğunu bildiriblər.
Həmin tarixin razılaşdırılması Ukraynanın Aİ-yə üzvlüyünü artıq “reallığa çevrilmiş fakt” kimi göstərir və Brüsselin Kiyevə siyasi dəstəyinin davam edəcəyini nümayiş etdirir.
Qeyd olunur ki, Vaşinqton, Kiyev və Aİ rəsmiləri hazırda sənəd üzərində müzakirələri davam etdirirlər və bu maddənin yekun versiyada saxlanacağı gözlənilir.
Türkan Kərimli
19:12 12.12.2025
Oxunuş sayı: 870