Berlin-Moskva gərginliyi: Rusiya səfiri kiberhücum iddialarına görə XİN-ə çağırıldı
Almaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Almaniya Hava Hərəkətinin İdarə Edilməsi Xidmətinə (DFS) edilən kiberhücumda iştirakı ilə bağlı ittihamlar səbəbilə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayevı nazirliyə dəvət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Berlinin iddiasına görə, Moskva son federal seçkilərin nəticələrinə təsir göstərməyə cəhd edib və Almaniyanın daxili vəziyyətini destabilizasiya etməkdə davam edir.
Almaniya XİN rəsmisi bildirib:
“Bu gün səhər Rusiyanın səfirini XİN-ə çağırdıq və Rusiyanın addımlarını diqqətlə izlədiyimizi, buna qarşı tədbirlər gördüyümüzü aydın şəkildə ifadə etdik. Rusiyanın qəbuledilməz fəaliyyətləri nəticəsiz qalmayacaq.”
Sevinc Yarməmmədova
18:18 12.12.2025
Oxunuş sayı: 1025