Lukaşenko: Son vaxtlar Trampın hərəkətləri mənə çox xoş gəlir
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın son dövrlərdəki beynəlxalq siyasət fəaliyyətini yüksək qiymətləndirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Lukaşenko bu fikri ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koal ilə görüş zamanı səsləndirib və Trampın addımlarını tərifləyib: “Onlar deyirlər ki, Tramp şəkərli söhbət etməyi sevir. Amma mən bunu sadəcə zövg üçün demirəm – son vaxtlar onun hərəkətləri mənə çox xoş gəlir.”
Belarus lideri həmçinin bildirib ki, dünyada sürətlə dəyişən problemlər nəzərə alınmaqla Vaşinqtonla yeni məsələləri müzakirə etməyə hazırdır və həmin dialoqun davam etdirilməsinin vacib olduğunu vurğulayıb.
Bu açıqlama Tramp administrasiyasının Belarusla siyasi dialoqu genişləndirməsi və siyasi məhbusların azad olunması məsələləri ətrafında danışıqların aparıldığı bir vaxtda verilib.
Mehriban İbrahimli
18:25 12.12.2025
Oxunuş sayı: 943