Türkiyənin TAYFUN raketi uğurla sınaqdan keçdi
Türkiyə milli müdafiə sahəsində önəmli bir mərhələyə çatıb: ölkə öz imkanları ilə hazırlanmış ən uzaqmənzilli ballistik raketi TAYFUN-un yeni sınaqlarını uğurla keçirib. Bu inkişaf, Ankara üçün həm strateji üstünlük, həm də milli iradənin göstəricisi sayılır. Raketin uğurlu buraxılışı milli müdafiə potensialını genişləndirir və ölkənin regional çəkindirici gücünü artırır. Həmçinin, sınaqların davam etməsi Türkiyənin silah texnologiyalarında özünə yetən bir ölkə olduğunu bir daha təsdiqləyir.
Crossmedia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkədə milli imkanlarla hazırlanmış ən uzaqmənzilli ballistik raket olan TAYFUN-un müxtəlif versiyalarının sınaqları davam edir.
Türkiyə müdafiə sənayesinin rəhbəri Haluk Görgün növbəti uğurlu sınağı şərh edərək bildirib ki, “göy yenidən millətin iradəsinə şahidlik etdi”.
Onun sözlərinə görə, TAYFUN raketi daha bir mühüm mərhələni keçib və uğurlu buraxılış milli müdafiənin imkanlarını genişləndirərək ölkənin çəkindirici potensialını daha da gücləndirib
Zeynəb Xuduyeva
17:53 12.12.2025
Oxunuş sayı: 928