Türkiyənin yeni sülh təşəbbüsü Moskvada maraq doğurdu
Türkiyənin Ukrayna münaqişəsinin həlli istiqamətində fəallığı regionda yenidən diqqət mərkəzinə çevrilib. Ankara son günlər sülh təşəbbüslərini genişləndirəcəyini bəyan edib və bu mövqe Rusiya tərəfindən də maraqla qarşılanır. Regiondakı diplomatik dinamika fonunda Moskva və Ankaranın mövqeləri yenidən gündəmə gəlib.
Crossmedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Türkiyənin Ukraynada sülhün təmin olunmasına dair vasitəçilik təşəbbüslərini müsbət qarşıladığını deyib.
Peskovun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Ankaranın Ukrayna üzrə sülh prosesinə dəstək göstərməyə və vasitəçilik missiyasını davam etdirməyə hazır olduğunu qeyd edib. “Bu, bizim ölkə tərəfindən alqışlanır”, — deyə Peskov bildirib.
O həmçinin əlavə edib ki, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda iştirak edən Mərkəzi Asiya ölkələrinin liderləri çıxışlarında Ukrayna mövzusuna demək olar ki, toxunmayıblar.
Peskov ABŞ prezidenti Donald Trampın Ukrayna və Avropa İttifaqı nümayəndələri ilə görüş keçirib-keçirməyəcəyinə dair Moskvada məlumatın olmadığını da qeyd edib.
“Bu görüşün baş tutub-tutmayacağını bilmirik, ABŞ hələ qərar verməyib. Bizdə belə bir məlumat yoxdur”, — deyə Kremlin nümayəndəsi bildirib
Zeynəb Xuduyeva
15:14 12.12.2025
Oxunuş sayı: 918